Yaponiya bomba sığınacaqları tikməyə hazırlaşır?

6-04-2023, 11:18           
Yaponiya bomba sığınacaqları tikməyə hazırlaşır?
Yeni maliyyə ilində Yaponiya hökuməti bomba sığınacaqlarının tikintisi ilə bağlı qanun layihəsini qəbul edə bilər.

Bunu ölkənin hakim Liberal Demokrat Partiyasından olan deputatı Keiji Furuya deyib.

“Yaponiya 77 ildir ki, müharibədə iştirak etmir, lakin o vaxtdan bəri təbii qəbul etdiyimiz şey artıq doğru deyil. Dünya çox dəyişib”, - deyə o bildirib.

Tokionun belə bir qərar verməsində Tayvan ətrafında gərginliyin artmasının və Şimali Koreyanın raket buraxılışlarının təsiri istisna edilmir.
Yaponiyanın böyük şəhərlərində gizlənmə yeri kimi istifadə edilə biləcək geniş metro şəbəkəsi var, lakin ölkədəki əksər evlərin zirzəmiləri yoxdur. Bu, Çin və ya Şimali Koreyanın raket hücumu halında böyük mərkəzlərdən uzaqda yaşayan insanları risk altında qoya bilər.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru