Çin hakimiyyəti Tayvanda müharibə anonsunu verdi

6-04-2023, 10:42           
Çin hakimiyyəti Tayvanda müharibə anonsunu verdi
Tayvan administrasiyasının hərəkətləri adanın Çinin bir hissəsi olması faktını dəyişməyəcək. Bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Tayvan İşləri İdarəsinin yaydığı bəyanatda deyilir. Sənədə əsasən, Tayvan administrasiyasının rəhbəri Tsay İnven və Tayvan Demokratik Tərəqqi Partiyasının administrasiyası partiyanın eqoist maraqları naminə adanın müstəqilliyinə yönəlmiş yanlış mövqeyə inadla yanaşırlar.

“Bu, Tayvanın Çinin bir hissəsi olması faktını dəyişməyəcək və bu yalnız Tayvanı dəhşətli müharibə təhlükəsinə sürükləyə, tayvanlı həmvətənlərə ciddi ziyan vura bilər”, - bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru