Gürcüstan amerikalı ekspertin ölkəyə girişinə qadağa qoydu

7-04-2023, 08:14           
Gürcüstan amerikalı ekspertin ölkəyə girişinə qadağa qoydu
Gürcüstan hakimiyyəti mart ayında keçirilən mitinqlərdə iştirak edən amerikalı ekspert Ceymson Marşal Kominsin ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili məlumat verib.

“O, məşğul olduğu fəaliyyətlərdə yaxalanandan sonra Gürcüstan hakimiyyəti onun ölkəyə girişini qadağan etdi. Fəaliyyət isə martın 7-8-də keçirilən aksiyalarda dağıdıcı qruplara təlim keçmək, göstərişlər vermək və s. ilə bağlı olub”, - deyə Liluaşvili bildirib.

O qeyd edib ki, ABŞ-ın Gürcüstandakı səfirliyi insidentdən sonra Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamayıb, bu o deməkdir ki, Amerika tərəfi ölkəyə giriş qadağasının səbəbini yaxşı bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru