Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı
7-04-2023, 09:24
Yaponiyada hərbi helikopter radarlardan itib.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter Okinava əyalətinin Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində radarlardan yoxa çıxıb.
Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus “UH-60JA” tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki işçi və 6 şəxsi heyət olub. Helikopterin axtarış-xilasetmə işləri davam edir.