Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək

13-04-2023, 08:16           
Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək
Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək. Onun həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-də qalacaq.

Bu barədə çərşənbə günü Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.

“Bukingem Sarayı Sasseks hersoqunun mayın 6-da Vestminster abbatlığında tacqoyma mərasimində iştirak edəcəyini təsdiqləməkdən məmnundur. Sasseks hersoginyası Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə Kaliforniyada qalacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, 74 yaşlı III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster abbatlığında 2 min nəfərin iştirakı ilə keçiriləcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru