Cənubi Koreyada özünə qapanmış gənclərə 490 dollar ödəniləcək

14-04-2023, 08:13           
Cənubi Koreyada özünə qapanmış gənclərə 490 dollar ödəniləcək
Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən gənclərə dəstək proqramına başlayıb. Onların sosiallaşmasına kömək etmək üçün dövlət hər ay təxminən 490 dollara bərabər olan 650 min von məbləğində müavinət ödəyəcək.

Aylıq müavinət başqaları ilə ünsiyyət zamanı ciddi diskomfort hiss edən 9-24 yaş arası gənc və yeniyetmələrə veriləcək. Bu, onların məktəbə və ya işə getmələrini asanlaşdırmaqla yanaşı, mədəniyyət müəssisələrinə baş çəkmələrinə də kömək edəcək.

Hökumətin həyata keçirdiyi tədbirlərlə bağlı açıqladığı sənədlər göstərir ki, tənhalıq şəraitində yaşayan gənclərin 40%-i yeniyetmə ikən özünü təcrid etməyi seçib və onların çoxu yoxsul ailələrdəndir.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru