KİV: Ukrayna Ordusu rus qoşunlarının rotasiyasından istifadə edib

11-06-2023, 00:01           
KİV: Ukrayna Ordusu rus qoşunlarının rotasiyasından istifadə edib
Ukraynanın cənub-şərqində gərgin döyüşlər davam edir. Görünür, Ukrayna Ordusu möhkəmləndirilmiş mövqelərdə yerləşdirilmiş rus bölmələrinin şiddətli müqaviməti ilə qarşılaşıb.

APA xəbər verir ki, bu barədə “Washington Post“ məlumat verib. Nəşr yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, cümə günü səhər Donetsk vilayətinin şərqində, o cümlədən Baxmut şəhərində şiddətli döyüşlər gedir. Zelenski bəzi irəliləyişlərə işarə vursa da, təfərrüatları açıqlamayıb.

Ukraynanın şərq komandanlığının sözçüsü Sergey Çerevatının sözlərinə görə, bəzi ərazilərdə Ukrayna qüvvələri rus qoşunlarının rotasiyasından istifadə edə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru