Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır

11-06-2023, 08:54           
Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır
Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa İttifaqı (Aİ) daxilində stasionar sərhəd nəzarətinin tətbiqinə qarşı çıxıb və Almaniyadakı qaçqınların sayının tezliklə azalacağına ümid etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu fikrini “Bild am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Mən Avropa Birliyinin ürəyini - açıq daxili sərhədləri qorumaq istəyirəm. Maneələrin bərpası bizi onilliklər geriyə aparardı. Bu, iqtisadiyyatımıza və ailələrə böyük ziyan vuracaq”-deyə, o vurğulayıb.

Eyni zamanda, nazir ittifaq ölkələri arasında Aİ-də qalmaq perspektivi olmayan qaçqınlara qarşı daha sərt münasibəti nəzərdə tutan razılaşmanın tərəfdarı olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru