Aİ Misirə qaçqınların problemləri ilə bağlı 20 milyon avro ayırmaq niyyətindədir
19-06-2023, 08:34
Avropa İttifaqı Sudandan olan qaçqınların problemini həll etmək üçün Misirə 20 milyon avro ayırmağa hazırdır.
Xarici KİV xəbər verir ki, bu barədə Qahirədə səfərdə olan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel bildirib.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, qaçqın böhranının həlli üçün səyləri ikiqat artırmaq və insanların sərhədlərdən qeyri-qanuni daşınması ilə məşğul olanlara qarşı tədbirlər görmək lazımdır.
Borel, həmçinin bildirib ki, Misir bu məsələdə də ciddi təsirə malikdir.
Son məlumatlara görə, bu il aprelin ortalarında Sudanda qarşıdurma başlayandan indiyədək 220 mindən çox insan qonşu ölkədən Misir ərazisinə köçüb.