İsveçrədə referendumda koronavirusla bağlı məhdudiyyətlərin uzadılması yüksək səs çoxluğu qazanıb
19-06-2023, 09:04
İsveçrə vətəndaşları iyunun 18-də keçirilən referendumda COVID-19-la bağlı məhdudiyyətlərin 30 iyun 2024-cü ilə qədər uzadılmasına səs veriblər.
"Report" xəbər verir ki, bu barədə yerli RTS telekanalı məlumat yayıb. Belə ki, qərarı vətəndaşların 61,9%-i dəstəkləyib.
Bununla bağlı iki referendum 2021-ci ilin iyun və noyabr aylarında keçirilib. Qanunun müddətinin uzadılmasının lehinə səsverməyə çağıran referendumun nəticələri hakimiyyətə yeni epidemiyaya çevik reaksiya vermək imkanı qazandıracaq. İndi bu xəstəliyə qarşı dərman preparatlarının ölkəyə daha çox gətirilməsi və tələb olunarsa, peyvənd sertifikatlarının verilməsi üçün hüquqi əsaslar yaranır. Dövlət, həmçinin infeksiyanın sürətlə yayılacağı halda işəgötürənləri sosial məsafədən işləməyin tətbiqinə məcbur edə biləcək.