Hindistanda 100-ə yaxın adam istidən ölüb

19-06-2023, 11:54           
Hindistanda 100-ə yaxın adam istidən ölüb
Hindistanın şimalında həddindən artıq istilər səbəbindən 98 nəfər ölüb.

Bütün ölüm halları son üç gündə Uttar Pradeş və Bihar ştatlarında baş verib.

İyunun 15-dən 17-dək Uttar Pradeş ştatının Ballia rayonunda ümumilikdə 400 zərərçəkmiş günvurma şikayətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan 54 nəfər ölüb.

Rayon səhiyyə işçisi Jayant Kumar xəstələrin əksəriyyətinin 60 yaşdan yuxarı olduğunu söyləyib.
“Onların hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkib və həddindən artıq istilər səbəbindən vəziyyətləri pisləşib”, - o bildirib.

Həmçinin, Bihar ştatında istilər səbəbindən 44 nəfər ölüb. Orada iyunun 17-də havanın temperaturu 44 dərəcəyə çatıb.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru