Rusiya təklənir - Çin mövqeyini açıqladı

20-06-2023, 00:03           
Rusiya təklənir -
Çin Ukrayna münaqişəsində Rusiyaya hərbi yardım etməyəcəyinə dair ABŞ-ı inandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Biz və digər ölkələr Çindən zəmanət almışıq ki, Rusiyaya ölümcül dəstək vermir və verməyəcək. Biz bunu yüksək qiymətləndiririk”, - o, Pekində keçirilən mətbuat konfransında deyib.

ABŞ dövlət katibi Çinin siyasətini "vacib" adlandırıb və qeyd edib ki, ABŞ hələlik Pekinin vədləri ilə ziddiyyət təşkil edə biləcək heç bir dəlil görməyib.

Blinken əlavə edib ki, ABŞ Çin şirkətlərinin Rusiyaya texnologiya təmin edə biləcəyindən narahatdır, buna görə də Pekini “sayıq olmağa” çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru