ABŞ-da Tramp işi ilə bağlı sübutların açıqlanması qadağan edilib

20-06-2023, 09:54           
ABŞ-da Tramp işi ilə bağlı sübutların açıqlanması qadağan edilib
ABŞ-ın Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi məxfi sənədləri düzgün saxlamamaqda təqsirləndirilən ABŞ-ın keçmiş prezidenti Donald Trampın işində sübut kimi istifadə olunan materialların açıqlanmasını və yayılmasını qadağan edib

“Report” xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

“Sübutlar, ondan irəli gələn hər hansı bir məlumat ictimaiyyətə və ya KİV-ə açıqlanmamalı, ABŞ hökumətinin əvvəlcədən xəbərdarlığı və razılığı və ya məhkəmənin razılığı olmadan hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”, - qərarın mətnində deyilir.

Bununla məhkəmə prokurorluğun verdiyi vəsatəti təmin edib. Məhkəmənin qərarına əsasən, söhbət ittiham tərəfinin məhkəməyə hazırlıq zamanı müdafiə tərəfinə təqdim etdiyi bütün məxfi sübutlardan gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru