Britaniyada çap edilmiş raket mühərriki sınaqdan keçirildi - FOTO

20-06-2023, 15:18           
Britaniyada çap edilmiş raket mühərriki sınaqdan keçirildi - FOTO
Böyük Britaniyanın Edinburq şəhərində yerləşən “Skyrora” şirkəti 3D printerdə çap edilmiş raket mühərrikinin sınaqlarına başlayıb.

Printerin istifadəsi əvvəlki modellərlə müqayisədə mühərrikin istehsal müddətini yarıya endirib və xərcləri azaldıb. Əgər mühərrikin sınaqları uğurlu keçərsə, şirkət istehsalı artırmaq niyyətindədir.

Xatırladaq ki, mart ayında ABŞ-də demək olar ki, tamamilə 3D printerdə çap edilmiş “Terran-1” raketi buraxılıb, lakin mühərriklərdən birinin nasazlığı səbəbindən raket orbitə çıxa bilməyib.

Raketi istehsal edən “Relativity Space” şirkətinin veb-saytında qeyd edilib ki, “Terran-1”in 85%-i, o cümlədən onun doqquz mühərriki 3D printerdə çap edilib.


Mənbə: “Sky News”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru