Rusiya neftinin Çinə tədarükü iki dəfədən çox azalıb

21-06-2023, 11:58           
Rusiya neftinin Çinə tədarükü iki dəfədən çox azalıb
İyun ayında Rusiya neftinin Çinə tədarükü iki dəfədən çox azalıb. “Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi treyderlərə istinadən xəbər verib.

Qeyd olunub ki, may ayında analoji dövr üçün tədarüklər 0,67 milyon ton, iyunda isə cəmi 0,26 milyon ton təşkil edib.

Neft treyderlərindən birinin sözlərinə görə, tələbin azalmasına səbəb İran neftinə olan endirimlər olub.

Daha əvvəl Avropa Statistika Agentliyi “Eurostat” məlumat verib ki, mart ayında Rusiya nefti və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi ilə müqayisədə 1,4 milyon tona qədər azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru