Bu ölkə Rusiya və Belarusdan yüklərin tranzitini sərtləşdirir
21-06-2023, 11:15
Bu ölkə Rusiya və Belarusdan yüklərin tranzitini sərtləşdirir Litva Rusiya və Belarus ərazisindən yüklərin tranziti qaydasını sərtləşdirəcək.
Axar.az xəbər verir ki, bu barədə Litvanın gömrük idarəsi məlumat yayıb.
Tranzitin sərtləşdirilməsinə daxil olan 57 mal qrupu arasında elektronika və onun komponentləri, elektrik transformatorları, elektronika, elektrik mühərrikləri, generatorlar, telefon istehsalında istifadə oluna bilən kimyəvi materiallar üstünlük təşkil edir.