Papa Ermənistandan Türkiyəyə göyərçin uçurdu
27-06-2016, 11:18
Ermənistanda səfərdə olan Roma Papası Ağrı dağına göyərçin uçurdub.
Səfərinin son günü o Türkiyə ilə sərhəddə yerləşən Xor Virap kilsəsində gedib. Məhz bu ərazidən ermənilərin iddiasında olduğu Ağrı dağa gözəl mənzərə açılır.
Burada da o yalnız olmayıb. Belə ki, Türkiyə ərazisinə göyərçin uçurdanlardan biridə bütün ermənilərin katalikosu II Qaragen olub.
Ermənistan prezidentinin iqamətgahında çıxışı zamanı Roma Papası protokola zidd olaraq növbəti dəfə “erməni soyqırımı” ifadəsi işlədib. Bu isə ciddi narazılığa səbəb olub. Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma Papasının “erməni soyqırımı”nı tanıması ilə əlaqədar Türkiyə ilə münasibətlərdə ciddi problem axtarmamağa çağırıb.
Roma papası Fransisk və erməni katalikos II Qaregin Eçmiadzində imzaladıqları birgə bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunublar. Hər iki dini iсma lideri münaqişənin sülh yolu ilə həll edidəсəyini ümid etdiklərini bildiriblər. “Ümid edirik ki, Dağlıq Qarabağa aid bütün problemlər dinс yolla həll ediləсək”. (Anspress.com)