Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər

2-08-2023, 11:30           
Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər
ABŞ hökuməti Gürcüstan tərəfinə Kutaisi hava limanını nəqliyyat qovşağına çevirmək üçün kömək etməyə hazırdır.

Bu barədə Amerikanın Tbilisidəki səfirliyi məlumat yayıb.

“Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat mərkəzinə çevrilmək üçün böyük potensialı var. Xüsusilə qeyd etmək lazımdır ki, o, kənd təsərrüfatı məhsullarının ixracı üçün mərkəzə çevrilərsə, Qərbi Gürcüstandakı fermerlərə böyük fayda gətirəcək. ABŞ Kutaisi hava limanının qovşağa çevrilməsi üçün kömək etməyə hazırdır”, - səfirliyin “Facebook” səhifəsində məlumat verilib.
Diplomatik nümayəndəlik artıq bu istiqamətdə iş apardıqlarını, xüsusən də təyyarə təmiri mərkəzinin yaradılması və marketinqin təkmilləşdirilməsi üzərində işlədiklərini vurğulayıb.

Xatırladaq ki, Kutaisi Beynəlxalq Hava Limanı 2012-ci ildə istifadəyə verilib. Gürcüstan İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun məlumatına görə, Hava Limanı 2023-cü ilin birinci yarısında 667,3 min sərnişinə xidmət göstərib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 103% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru