Hindistan düşmənçiliyin dayandırılması şərti ilə Pakistanla danışıqlara hazırdır
4-08-2023, 13:31

Hindistan terror təhlükəsi və düşmənçiliyin olmadığı bir şəraitdə Pakistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar apara biləcək.
Bizimyol.info xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi deyib.
“Hindistanın bu məsələdə aydın və ardıcıl mövqeyi hamıya məlumdur. Biz bütün qonşularımızla, o cümlədən Pakistanla normal mehriban qonşuluq münasibətləri arzulayırıq. Bunun üçün terror və düşmənçilikdən uzaq bir mühit lazımdır. Hindistan hər zaman bütün dövlətlərlə, xüsusilə də qonşu ölkələrlə münasibətlərin qarşılıqlı hörmət, mehriban qonşuluq şəraitində inkişaf etdirilməsinin tərəfdarı olub. Bu baxımdan bizi mövqeyimiz hər zaman şəffaf və təhlükəsizlik şəraitində dostluq etmək istəyən dövlətlərə qarçı açıq olub”, - deyə "The Times of India" diplomata istinadən verdiyi məlumatda qeyd edilir.
Bağçinin bəyanatı Pakistanın baş naziri Şahbaz Şərifin Hindistanla ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamaq istəyinə cavab kimi dəyərləndirilib.
Bu həftənin əvvəlində o: "Pakistan və Hindistanın öz aralarında mövcud münasibətlərindəki ciddi problemləri sülh danışıqları yolu ilə həll edə bilməsələr, normal qonşu ola bilməz", - deyə bildirib.
Hindistan və Pakistana toxunan Şərif deyib ki, müharibə ölkələr arasında mübahisəli məsələlərin həlli vasitəsi deyil və İslamabad danışıqlar masasında Yeni Dehli ilə təcili problemləri ciddi şəkildə müzakirə etməyə hazırdır.
Qəzet qeyd edir ki, Hindistan hökuməti 2019-cu ildə Cammu və Kəşmirin şimal əyalətinin xüsusi statusunu ləğv etdikdən sonra Hindistanın Pakistanla münasibətləri ən aşağı səviyyəyə düşüb. Buna cavab olaraq Pakistan öz səfirini Nyu Dehlidən geri çağırıb.