Suriyada Dəməşq hökumətinə qarşı kütləvi etiraz aksiyası keçirilib

2-09-2023, 11:38           
Suriyada Dəməşq hökumətinə qarşı kütləvi etiraz aksiyası keçirilib
Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

Həsəkənin Rəsuleyn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları, həmçinin Hələbin Daret İze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələri ilə yanaşı Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera vilayətlərində keçirilən nümayişlərə minlərlə insan qatılıb.

Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya Prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.

Onlar "Əsəd, istefa et", "Suriya bizimdir, onu heç kimə təslim etməyəcəyik" kimi şüarlar səsləndiriblər.

Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri bu gün obyektləri bağlayaraq nümayişlərə dəstək veriblər.

Qeyd edək ki, avqustun 16-da Dəməşq rəhbərliyinin yanacağın qiymətini artırma qərarından bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqədə nümayişlər başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru