İraq və İran dəmir yolunun tikintisinə başladı

3-09-2023, 00:08           
İraq və İran dəmir yolunun tikintisinə başladı
İraqla İran arasında dəmiryolu xəttinin tikintisinə başlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” İraq baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dəmiryol vağzalının təməl daşının qoyulmasında İraqın baş naziri Məhəmməd əl-Sudani və İranın vitse-prezidenti Məhəmməd Mohber iştirak ediblər.
"Baş nazir əl-Sudani Şələmçe sərhəd-keçid məntəqəsində İraq və İran arasında dəmir yolu layihəsinin təməl daşını qoyub. Bu layihə İraqla qonşu ölkələri birləşdirəcək, sərnişinlərin və müqəddəs yerləri ziyarət edən zəvvarların daşınmasına imkan verəcək", - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru