Ermənistanda Rusiya ordusunda xidmət üçün reklamlar yayımlanır

3-09-2023, 11:00           
Ermənistanda Rusiya ordusunda xidmət üçün reklamlar yayımlanır
Kreml Rusiyada prezident seçkiləri öncəsi səfərbərlikdən yayınmağa çalışır. Bunun üçün Ukraynaya qarşı müharibəyə əcnəbilər cəlb olunur.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Britaniya kəşfiyyatı qeyd edib ki, iyunun sonunda Ermənistan və Qazaxıstanda Rusiya ordusunda xidmət üçün onlayn reklamlar müşahidə edilib.

Əcnəbilərə 495 min rubl (5140 dollar) ödəniş və 190 min rubldan (1973 dollar) başlayan maaş təklif edilib.

Rusiya 2023-cü ilin may ayından etibarən Mərkəzi Asiya ölkələrindən miqrantları işə götürür, vətəndaşlıq almalarını sürətləndirir və 4 160 ABŞ dollarına qədər maaş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru