Rusiyada nazir korrupsiyaya görə həbs olundu

4-09-2023, 07:56           
Rusiyada nazir korrupsiyaya görə həbs olundu
Xakasiya Respublikasının nəqliyyat və yol təsərrüfatı naziri Dmitri Vasiliadi korrupsiya işi ilə bağlı iki ay müddətinə həbs edilib.

Bu barədə respublika məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məmurun vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “c” bəndi) ittiham edildiyi aydınlaşdırılıb.

Qeyd olunub ki, Dmitri Vasiliadi 2020-ci ildən nazirliyə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru