Maldiv adalarının yeni prezidenti bəlli oldu

1-10-2023, 11:04           
Maldiv adalarının yeni prezidenti bəlli oldu
Maldiv adalarının hazırkı prezidenti İbrahim Məhəmməd Solih rəqibi - Məhəmməd Muizzunun seçkilərin ikinci turunda qələbəsini təsdiq edib.

“Prezident seçkilərinin qalibi Məhəmməd Muizzunu təbrik edirəm”, - o sosial şəbəkədə yazıb.

Xatırladaq ki, şənbə günü Maldiv adalarında səsvermənin ikinci turu keçirilib. İlkin nəticələrə görə, Muizzu 53,8 %, Solih 46,2 % səs toplayıb.
Ümumilikdə seçkilərdə 241 mindən çox seçici səs verib, fəallıq 85%-i ötüb.

Qeyd edək ki, sentyabrın 10-da Maldiv adalarındandakı prezident seçkilərinin birinci turunda əsas namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru