İran 5 rayonun Azərbaycana qaytarılması ehtimalından narahatdır - "Aykakan Jamanak"

14-07-2016, 14:11           
İran 5 rayonun Azərbaycana qaytarılması ehtimalından narahatdır - "Aykakan Jamanak"
İran hakimiyyəti son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlardan narahatdırlar.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.

“Məlumdur ki, aprel müharibəsindən sonra bu məsələdə görülməmiş aktivlik müşahidə olunur, danışıqların detalları haqda fərqli bəyanatlar səslənir. İran isə Ermənistanın 5 rayonu verməli olduğu “Lavrov planı”ndan narahatdır”.

Qəzet qeyd edir ki, İran öz sərhədlərində belə dəyişiklikləri maraqlarına zidd sayır və hər hansı yolla prosesə təsir etmək istəyir.

“Təsadüfi deyil ki, Rusiya prezidenti Putinin avqust ayında Bakıya gözlənilən səfərində İran prezidenti Həsən Ruhani də iştirak edəcək. Ehtimal var ki, Ruhani Qarabağın 5 rayonunun qaytarılması ilə bağlı öz narahatçılığını səsləndirəcək” - “Aykakan Jamanak” belə yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru