“Mən bir yahudi kimi buradayam” - Blinken

13-10-2023, 00:11           
“Mən bir yahudi kimi buradayam” - Blinken
“Mən də bir yahudi olaraq buradayam”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında səsləndirib.

O, ABŞ-nin İsrailə güclü dəstəyini ifadə edib.

“Mən bu gün təkcə ABŞ dövlət katibi kimi deyil, həm də bir yahudi kimi buradayam. Özünüzü müdafiə edəcək qədər güclü ola bilərsiniz. Amma ABŞ var olduqca bunu etmək məcburiyyətində qalmayacaqsınız, çünki biz hər zaman sizinlə olacağıq", - deyə Blinken bildirib.

Blinken minlərlə ehtiyat əsgərin İsrailə kömək etmək üçün səfərbər edildiyini bildirib və İsrail xalqını cəsarətinə görə təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru