Harri və Meqan İsraildə baş verənlərlə bağlı açıqlama verdi

13-10-2023, 10:04           
Harri və Meqan İsraildə baş verənlərlə bağlı açıqlama verdi
Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl İsraildə baş verənlərlə bağlı açıqlama yayıblar.

Gununsesi.info xəbər verir ki, açıqlamanın mətni onların təsis etdiyi “Archewell” fondunun saytında dərc olunub.

“Şahzadə Harri və Meqan, Susseks hersoqu və hersoginyası da daxil olmaqla “Archewell” fondu terror və qəddarlıq aktlarına qarşı çıxır. Lazım olan təcili yardımı göstərmək və bu dəhşətli insan əzabının bütün günahsız qurbanlarına dəstək olmaq üçün İsraildə cəbhə xəttindəki tərəfdaşlarımızı və təşkilatlarımızı dəstəkləyirik”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru