Oktyabrın 12-də Londonun ICE birjasında qazın noyabr fyuçersləri 1 min kubmetr üçün maksimum 562,2 dollara çatıb.
Qazın bahalaşmasına səbəb kimi Yaxın Şərq regionunda yaranmış gərginlik və Avstraliyadakı "Chevron LNG" zavodlarında işçilərin tətili bərpa etmək qərarı göstərilir.