Qabonda devrilmiş prezidentin arvadı həbs edildi - FOTO

13-10-2023, 13:34           
Qabonda devrilmiş prezidentin arvadı həbs edildi - FOTO
Qabonda avqustun 30-da hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezident Ali Bonqo Ondimbanın həyat yoldaşı Silvia Bonqo Ondimba Valentin həbs edilib.

Silvia Bonqo Ondimba Valentinə qarşı pul mənimsəmə və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Ölkə mətbuatında yer alan xəbərə görə, Librevildə hakim qarşısına çıxan Silvia Bonqonun Librevil Mərkəzi Həbsxanasında saxlanılmasına qərar verilib.

Qeyd edək ki, Qabonda hərbi çevrilişlə hakimiyyətə gələn general Brays Oliqui Nguema korrupsiya ilə mübarizəyə başlayacağını açıqlayıb və bu çərçivədə bir çox yüksəkvəzifəli şəxslər, o cümlədən Ali Bonqonun oğlu Nureddin Bonqo da həbs edilib.
Xatırladaq ki, Bonqo ailəsi 56 il Qabonu idarə edib. Avqustun 30-da Qabonda bir qrup əsgər milli televiziya binasına daxil olaraq hökuməti ələ keçirdiyini açıqlayıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru