Parisdə minlərlə insan küçələrə axışdı: İlk həbslər başladı - VİDEO

14-10-2023, 09:03           
Parisdə minlərlə insan küçələrə axışdı:
Parisdə iş şəraitinin yaxşılaşdırılması ilə bağlı həmkarlar ittifaqı tərəfindən keçirilən nümayişlər zamanı ilk həbslərə başlanılıb.

Aqressiv hərəkətlərə yol verən etirazçıların Monparnas bulvarında sığorta agentliyinin pəncərəsini sındırmalarından sonra polis həbslərə start verib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə əməkhaqqının artırılması, kişi və qadınların bərabər əmək hüquqlarının təmin edilməsi tələbi ilə etiraz nümayişləri keçirilir. Bu məqsədlə minlərlə nümayişçi Paris küçələrinə axışıb.

Parisin cənubundakı İtaliya Meydanından hərəkətə başlayan nümayişçilərin mərkəzdəki Əlillər Evində marşrutlarını bitirmələri nəzərdə tutulur.

Etiraz aksiyasında əllərində maaşların artırılmasını tələb edən plakatlar tutmuş bir neçə min nümayişçi iştirak edir. Kolonların arasında Fransanın böyük həmkarlar ittifaqlarının emblemləri görünür.
Aksiya zamanı təhlükəsizlik çox sayda polis və jandarma tərəfindən təmin edilir. Həmçinin bəzi yerlərdə asayiş keşikçilərindən ibarət dəstələr yerləşdirilib. Onlar su şırnaqları ilə də təmin ediliblər.

Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük həmkarlar ittifaqı birliklərindən birinin baş katibi olan Sofi Binet hazırda bütün ölkə üzrə 220 nümayişin keçirildiyini qeyd edib.

TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru