Moskvada tutulan "vor zakon"la bağlı şok xəbər - PKK-ya silah verirmiş

14-07-2016, 22:21           
Moskvada tutulan "vor zakon"la bağlı şok xəbər - PKK-ya silah verirmiş
Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması müstəvisində Moskva polisi terror təşkilatı PKK-nın ən böyük silah təminatçılarından sayılan, “Şakro” ləqəbli Zaxar Kalaşovu həbs edib.

Hafta.az “Yenisafak”dan yararlanaraq yazır ki, “Şakro”nun son 8 ayda üç dəfə PKK rəhbərliyi ilə Bağdadda bir araya gəldiyi deyilir. Hər dəfə də rus mafioz PKK-ya böyük miqdarda silah-sursat təhvil verib.

“Şakro” həbs edilərkən ona qarşı iki il əvvəl törətdiyi cinayət əsas gətirilib. O, avqustun 21-dək sorğulanacaq və bundan sonra məhkəməyə göndəriləcək. “Şakiro”nun vəkilləri də qaydalara uyğun olaraq onun siyasi müstəvidə yox, sırf bir cinayətə görə tutulduğunu bildirib.

Gürcüstandan olan, yezidi kürd əsilli “Şakro” 1993-cü ildən bu yana, əvvəllər özü kimi Rusiyanın ən iri mafiyalarınlan birinə başçılıq etmiş, amma iki qrup arasında çıxan qalmaqal nəticəsində qətlə yetirilmiş Ded Hasan ləqəbli Aslan Usoyanla birlikdə PKK-nın ən böyük silah təmknatçıları olublar.

“Şakro” 2006-cı ildə İspaniyada çirkli pul Yuma kimi ettihamlarla 7 il müddətinə həbs edilib, amma cəzasını çəkmək üçün Rusiyaya təhvil verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru