Ermənistan Metsamor AES-in rəhbərliyini cinayətkar ELAN ETDİ

14-07-2016, 22:23           
Ermənistan Metsamor AES-in rəhbərliyini cinayətkar ELAN ETDİ
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı araşdırma aparıb. İstintaq AES üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktlarını araşdırıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar.

İstintaq zamanı "Metsamor" AES-in baş direktoru Q.Markosyan, kommersiya direktoru R.Movssesyan, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini M.Movsisyan və təmir şöbəsinin rəisi E.Kazaryanın cinayətkar qruplaşma yaratdıqları müəyyən edilib.

Məlum olub ki, dəstə üzvləri vəzifələrindən su-istifadə edərək, külli miqdarda vəsaiti mənimsəyblər.
Dövlətə vurulmuş ziyanın 783 milyon 586 min dram təşkil etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru