İŞİD-ə yaxın mənbələr Suriyanın Deyr-əz-Zor şəhərindən cənubda Suriya HHQ –nin təyyarəsinin vurulması barədə xəbər yayıblar.
Avropa.info xəbər verir ki, vurulan təyyarənin MiQ-21 modeli olduğu deyilir. Məlumatın rəsmi təsdiqi olmasa da, İŞİD-çilər vurduqları təyyarənin videosunu yayıblar.
İlkin məlumata görə, qırıcı təyyarənin pilotunun adı Mahir Cabir Kaşuurdur.