"İlin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq" - FED rəsmisi

14-07-2016, 22:32           
"İlin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq" - FED rəsmisi
Böyük Britaniyanın Avropa İttifaqından çıxması ABŞ iqtisadiyyatına ciddi zərər vurmayacaq. "APA-Economics" xəbər verir ki, bunu Filadelfiyanın Federal Ehtiyat Bankının (Federal Ehtiyatlar Sisteminin (FED) tabeliyində fəaliyyət göstərir) prezidenti Patrik Harker deyib.

Bununla yanaşı, o qeyd edib ki, ilin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra bilər: "Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq".

Britaniyada keçirilən referendumun birjalarda qeyri-müəyyənlik yaratdığını etiraf edən P. Harker qeyd edib ki, ABŞ üçün "Brexit"in təsiri o qədər də ciddi deyil.

Onu da qeyd edək ki, P. Harker FED-in pul-kredit siyasəti ilə bağlı səsverməsində iştirak etmək hüququna malik deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru