Avstraliyalılar yerli xalqlara səsvermə hüquqlarının verilməsinə qarşı çıxıblar

15-10-2023, 09:44           
Avstraliyalılar yerli xalqlara səsvermə hüquqlarının verilməsinə qarşı çıxıblar
Avstraliyalılar yerli xalqlara onları narahat edən məsələləri hökumət və parlamentlə müzakirə edə biləcək məsləhət orqanı yaratmağa icazə verən konstitusiya dəyişikliklərinin əleyhinə səs veriblər.

Oktyabrın 14-də Avstraliyada referendum keçirilib. Altı ştatın hər birində seçicilərin əksəriyyəti əsas qanuna edilən dəyişikliklərin əleyhinə səs veriblər.

Ümumilikdə, seçicilərin 60%-i yerli xalqlara veriləcək yeni hüquqlara qarşı çıxıb ki, bu da qitəni sonradan işğal etmiş və yerli sakinlərə qarşı etnik təmizləmə aparmış, hazırda isə özünü sivil və demokratik toplum kimi təqdim edən “gəlmələrin” əslində hansı dəyərlərin daşıyıcısı olduğunu bir daha təsdiqləyir.

Mənbə: rbc.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru