Rusiyada toyuq əti qıtlığı yaranıb

15-10-2023, 10:08           
Rusiyada toyuq əti qıtlığı yaranıb
Rusiyada restoranlar toyuq əti qıtlığı ilə üzləşib.

Ölkənin Restorançılar və Hotelçilər Federasiyasının (FRiO) rəhbəri İqor Buxarov problemin olduğunu təsdiqləyib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə qeyd edib ki, müvafiq müəssisələr ilk növbədə pərakəndə satış şəbəkələrinə toyuq əti verməklə əhalinin tələbatını ödəyir.

“Hazırda Rusiya bazarında toyuq ətinin bütün istehlakçıları çətin vəziyyətlə, o cümlədən onun çatışmazlığı ilə üzləşirlər və biz də istisna deyilik”, - yerli “KFC”nin Mətbuat Xidmətindən vurğulanıb.
FRiO prezidenti isə bildirib ki, çatışmazlıq bir neçə amillə, o cümlədən quşçuluq təsərrüfatlarında kadr çatışmazlığı ilə bağlıdır.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru