Polşada parlament seçkiləri və referendum başa çatıb

16-10-2023, 08:25           
Polşada parlament seçkiləri və referendum başa çatıb
Polşada növbəti parlament seçkiləri və referendum üzrə səsvermə başa çatıb. 14 saatlıq fəaliyyətdən sonra yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) ölkə üzrə seçki məntəqələri bağlanıb.

Dövlət Seçki Komissiyasının (DSK) son məlumatlarına görə, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığı rekord sayda – 57,54 % təşkil edib. Yerli mətbuat seçki məntəqələri qarşısında axşam saatlarınadək davam etmiş uzun növbələrin yarandığını bildirib.

Seçkilər ciddi pozuntular olmadan keçirilib.

Polşa vətəndaşları Seymə (parlamentin aşağı palatası) 460 deputat və 100 senator (yuxarı palata üzvləri) seçiblər. Eyni zamanda, ölkədə pensiya yaşı, dövlət müəssisələrinin satışı, miqrasiya siyasəti və Polşa-Belarus sərhədinin təhlükəsizliyi ilə bağlı məsələlərlə bağlı referendum keçirilib.

Dövlət Seçki Komissiyası səslərin hesablanmasına başlayır və ilk rəsmi məlumatları bazar ertəsi, yekun nəticələri isə oktyabrın 17-də təqdim etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru