ABŞ-nin B-52 bombardmançı təyyarəsi ilk dəfə Cənubi Koreya aviabazasına eniş edəcək

16-10-2023, 09:40           
ABŞ-nin B-52 bombardmançı təyyarəsi ilk dəfə Cənubi Koreya aviabazasına eniş edəcək
ABŞ-nin B-52 strateji bombardmançı təyyarəsi bu həftə ilk dəfə Cənubi Koreyanın aviabazasına enəcək.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bunun Şimali Koreyanın kəskin reaksiyasına səbəb olacağı gözlənilir.

Qeyd olunub ki, Amerika bombardmançısının Koreya yarımadasının cənubuna yerləşdirilməsi, Vaşinqton və onun müttəfiqlərinin fikrincə, Pxenyandan gələn nüvə təhlükəsi və onun növbəti cəhdi fonunda ABŞ-nin regionda mövcudluğuna sadiqliyini nümayiş etdirəcək. KXDR oktyabrda hərbi kəşfiyyat peykini buraxmağı planlaşdırır.

B-52 Cənubi Koreyaya enərsə, bu, ilk belə hal olacaq. Bundan əvvəl bu strateji bombardmançı təyyarələr təlimlər çərçivəsində yalnız Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru