BMT Təhlükəsizlik Şurasında İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün qətnamə layihələrinin müzakirə edildiyi bildirilir

16-10-2023, 10:10           
BMT Təhlükəsizlik Şurasında İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün qətnamə layihələrinin müzakirə edildiyi bildirilir
BMT Təhlükəsizlik Şurasının üzvləri bazar günü İsrail və HƏMAS arasında müharibəyə dair mümkün qətnamə ilə bağlı danışıqlar aparıblar. Qətnamə ilə bağlı layihələrə dair müzakirələr barədə diplomatlar məlumat veriblər.

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının HƏMAS-ın hücumlarını terror aktı kimi pisləməsində israr edir. Diplomatların bildirdiyinə görə, Braziliyanın hazırladığı layihədə bu ifadə yer alır.

Rusiya “dərhal, davamlı və tam riayət edilən humanitar atəşkəsə” çağıran layihə təqdim edib. Oktyabrın 7-də İsrailin cənubunda Qəzza zolağından HƏMAS militantlarının hücumları ilə başlayan münaqişə ilə bağlı Fransa xəbər agentliyinin tanış olduğu sənədin mətnində HƏMAS-ın adının çəkilmədiyi bildirilir.

Mətnin dəyişdirilməsi ilə bağlı təkliflər alan Rusiya hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyadan layihənin bazar ertəsi səsverməyə çıxarılmasını istəyib.

Lakin diplomatların sözlərinə görə, səsvermə hələ təyin edilməyib.

Qətnamənin qəbul edilməsi üçün minimum doqquz səs lazımdır. Təhlükəsizlik Şurası 15 üzv ölkədən ibarətdir.

BMT-nin daimi üzvü olan beş dövlətdən biri - ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya qətnamə layihəsinə veto qoya bilər.

Diplomatlar hazırkı danışıqların çətin şəraitdə keçdiyini qeyd ediblər.

Keçən həftə HƏMAS militantlarının hücumundan sonra İsraildə 1400-dən çox insan həlak olub. Bu barədə bazar günü İsrailin baş nazirinin ofisi məlumat yayıb.

Fələstin administrasiyasının səhiyyə orqanları bildiriblər ki, Qəzzada İsrailin cavab hücumları nəticəsində ölənlərin sayı 2450 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru