Fransada dəhşətli terror: 80 ölü... - FOTO,VİDEO

15-07-2016, 09:01           
Fransada dəhşətli terror: 80 ölü... -  FOTO,VİDEO
Fransa mediasının verdiyi məlumata görə, ölü sayı artıq 80 nəfərə çatıb.

Bundan başqa Fransa DİN-nin verdiyi məlumatda bəzi insanların girov götürülməsi ilə bağlı xəbərlərin əsassız olduğu bildirilib.

Əlavə olaraq bildirək ki, hücumun həyata keçirildiyi yük maşınında çoxlu sayda silah-sursat, bomba aşkar edilib.

Bundan başqa, 50-si ağır olmaqla, 100 nəfər yaralı var.

Ölü sayının artacağı istisna edilmir.


****

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, Fransa polisi hücumu həyata keçirən şəxsi öldürüb. Hələlik onun kimliyi ilə bağlı heç bir məlumat verilmir.

****

Musavat.com "TASS" agentliyinə istinadən xəbər verir ki, Fransada baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı sürətlə artır. Verilən ən son xəbərə görə, ölü sayı artıq 60 nəfərə çatıb. Bu sayın daha da artacağı istisna edilmir.


****

Son məlumatlara əsasən, hücum nəticəsində ölənlərin sayı 30 -a çatıb. 100-dən çox yaralının olduğu bildirilir.

Polisin yaydığı son məlumata görə, hücum bir nəfərdən çox şəxs tərəfindən edilib. Hazırda onların zərərsizləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

****

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, baş vermiş teraktda ölənlərin ilkin sayı açıqlanıb.

Verilən məlumatlara görə, artıq ölü sayı 20-yə çatıb. Çoxlu sayda yaralı var.

****

Fransanın Nitsa şəhərində Bastilya qələbəsini bayram edən insanlara hücum edilib.

Musavat.com “Euronews”-a istinadən xəbər verir ki, yük avtomobilini insanların üzərinə sürən şəxs, sonradan onlara atəş açmağa başlayıb.

Hadisə nəticəsində bir çox adamın yaralandığı və bir neçə nəfərin də öldüyü bildirilir.

Fransa polisi olayla bağlı araşdırmalara başlayıb.

Şəhərdə insanların evlərindən çölə çıxmasına qadağa qoyulub.

Hadisənin terror aktı olma ehtimalı olduqca yüksəkdir.

Son dakika haberleri: Fransa'da terör saldırısı : En az 30 ölü




[media=https://www.youtube.com/watch?v=E5Qv2GMNC8A]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.