Fransanın Nitsa şəhərində Bastilya gününü qeyd edən insanların içinə girərək, onlara atəş açan yük avtomobilinin sürücüsünün polis tərəfindən zərərsizləşdirildiyi anın görüntüləri yayılıb.
Musavat.com xəbər verir ki, videogörüntülərdə insanların qışqırıq və atəş səsləri eşidilir.
Son məlumata görə, hadisə nəticəsində azı 75 nəfər həyatını itirib, 47-si ağır olmaqla 100 nəfər yaralanıb.