Rusiyadan xaricə səyahət paketləri il ərzində 40% bahalaşıb. Bu barədə Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi rublun çökməsidir. Bu ilin yanvar ayında Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsi bir dollar üçün ~68-70 rubl təşkil edirdi və ötən həftə isə bu göstərici 100 rublu keçib. Bunun fonunda rusların kredit götürdükləri turların payı artır. İnsanlar qısa müddətə də olsa, kreditlə adi yerlərə və daha sadə otel nömrələrinə getməyə çalışırlar.