Terror aktını Tunis əsilli Fransa vətəndaşı törədib

15-07-2016, 09:08           

Fransanın Nitsa şəhərində terror aktı həyata keçirmiş şəxsin kimliyi məlum olub. Bu barədə yerli "Nice Matin" nəşri xəbər yayıb.

Nəşrin məlumatına görə, onlarla insanın ölümünə və xəsarət almasına səbəb olmuş yük avtomobilini yerli sakin, 31 yaşlı, Tunis əsilli şəxs idarə edib.

"BFM TV" telekanalı isə yük avtomobilindən polisin güllələdiyi sürücünün şəxsiyyətini müəyyənləşdirən sənədin tapıldığını xəbər verib.

Xatırladaq ki, Fransanın Nitsa şəhərində baş vermiş terror aktında, rəsmi məlumata əsasən, 80 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru