Fransadakı terroru kimin təşkil etdiyi bilindi –İŞİD üzərinə götürdü

15-07-2016, 09:20           
Fransadakı terroru kimin təşkil etdiyi bilindi –İŞİD üzərinə götürdü
Fransanın Nitsa şəhərində həyata keçirilmiş terror aktını İŞİD öz üzərinə götürüb.

Musavat.com “Frans Press”ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması iyulun 14-ü yerli vaxtla 23:30-da Fransanın Nitsa şəhərində həyata keçirilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Agentliyin məlumatına görə, 80 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olan teraktı İŞİD terror qruplaşması həyata keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görəsə, kütləni əzib keçən yük maşınının sürücüsünün şəxsiyyəti məlum olub. Yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. Bu barədə yerli “Nice Matin” nəşri xəbər yayıb.

“iTele” telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olub. Lakin onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru