Tailandda kazinolar qanuniləşdiriləcək

29-10-2023, 11:07           
Tailandda kazinolar qanuniləşdiriləcək
Tailand kazinoları qanuniləşdirməyi planlaşdırır.

Ölkənin Nümayəndələr Palatasının bazasında əyləncə mərkəzlərinin açılması imkanlarını öyrənmək üçün yaradılmış komitəyə 60 nəfər daxildir. Onlar ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qeyri-leqal kazino problemini həll etməlidirlər.

Kazinoların leqallaşdırılması hesabına vəsaitlərin dövlət ehtiyaclarına yönəldilməsi nəzərdə tutulur. Bunun ölkənin inkişafına kömək edəcəyi bildirilir.
Qeyd olunur ki, hazırda Tailand vətəndaşları kazinolarda oynamaq üçün qonşu ölkələrə gedir, orada külli miqdarda pul xərcləyirlər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru