Rusiya və ABŞ nümayəndə heyətlərinin birgə şam yeməyi ləğv edildi, Tramp Vaşinqtona qayıdır
Bu gün, 12:18
Amerika və Rusiya nümayəndə heyətlərinin Ankoricdə (Alyaska) danışıqlardan sonra baş tutmalı olan birgə şam yeməyi ləğv edilib.
Bu barədə RT-nin müxbirləri hadisə yerindən məlumat veriblər.
Ağ Ev ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Vaşinqtona qayıtdığını açıqlayıb.
ABŞ prezidentinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda Ukrayna üzrə sülh yolu ilə nizamlanma əldə olunmayıb, lakin gələcəkdə nizamlanmaya nail olmaq üçün əhəmiyyətli şanslar var. "Ümumilikdə, danışıqlar müsbət keçdi", - deyə Tramp yekunlaşdırıb.