Zelenskinin son bəyanatı
Bu gün, 12:17

Zelenskinin son bəyanatı(diqqətlə oxuyun):
ABŞ Prezidenti Tramp ilə əvvəlcə təkbətək, sonra isə Avropa liderlərinin iştirakı ilə uzun və məzmunlu söhbətimiz oldu. Ümumilikdə 1.5 saatdan çox danışdıq, təxminən bir saat - ancaq Prezident Tramp ilə.
Ukrayna bir daha təsdiqləyir ki, sülh naminə maksimum məhsuldar işləməyə hazırdır. Prezident Tramp mənə rusiyalı rəhbərlə görüşü, söhbətin əsas məqamları barədə məlumat verdi. Vacibdir ki, Amerikanın gücü vəziyyətin inkişafına təsir göstərir.
Biz Prezident Trampın Ukrayna - ABŞ - Rusiya üçtərəfli görüşü təklifini dəstəkləyirik(!!!). Ukrayna vurğulayır: əsas məsələlər liderlər səviyyəsində müzakirə oluna bilər və üçtərəfli format bunun üçün uyğundur.
Qətllərin, müharibənin sona çatdırılması ilə bağlı bütün detalları bazar ertəsi Vaşinqtonda Prezident Tramp ilə müzakirə etməyi planlaşdırıram. Dəvətə görə minnətdaram.
Vacibdir ki, Avropalılar bütün mərhələlərdə Amerikayla birlikdə təhlükəsizliyin etibarlı təminatı naminə iştirak etsinlər. ABŞ tərəfindən Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakla bağlı müsbət siqnalları müzakirə etdik. Bütün tərəfdaşlarla mövqelərimizi koordinasiya etməyə davam edirik. Kömək edən hər kəsə təşəkkür edirəm!
Kamran Cəfərov
TEREF