Mobil operatorların gəliri 700 milyon manatı keçdi
Bu gün, 12:24
Bu ilin yanvar-iyul aylarında rabitə və telekommunikasiya sektorunda müşahidə olunan artım diqqət çəkir. Hesabat dövründə sahə üzrə xidmətlərin ümumi dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 7,4 faiz yüksələrək 2 milyard 82,8 milyon manata çatıb.
Ötən ilin eyni dövründə isə rabitə və telekommunikasiya sektorunun ümumi dəyəri 1939,3 milyon manat olub.
Bazarın əsas istehlakçısı yenə də əhali olub. Göstərilən xidmətlərin 73 faizdən çoxu məhz vətəndaşlar tərəfindən istifadə edilib. Gəlir bölgüsündə isə mobil telefon rabitəsi lider mövqedədir. Ümumi dövriyyənin təxminən üçdə biri, yəni 702,6 milyon manat bu seqmentin payına düşür.