Almaniya Nigeriyadan təbii qaz almaq niyyətindədir

30-10-2023, 00:06           
Almaniya Nigeriyadan təbii qaz almaq niyyətindədir
Almaniya təbii qaz ehtiyatlarına görə Afrikanın lideri olan Nigeriyadan təbii qaz tədarükünə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts Nigeriyaya səfəri öncəsi Afrika ölkəsinin “Punch” nəşrinə müsahibəsində deyib.

“Nigeriya Afrikada ən böyük qaz ehtiyatlarına malikdir. Alman şirkətləri Nigeriyadan qaz tədarükü ilə maraqlanır və Nigeriyanın qaz şirkətləri ilə əməkdaşlığa ümid edirlər”, – Baş nazir vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, müqavilələrin konkret həcmi və məbləği Almaniya və Nigeriya şirkətləri arasında aparılan danışıqlar zamanı müəyyən edilməlidir. Bundan başqa, Şolts qeyd edib ki, Almaniya hidrogen yanacağı bazarının genişləndirilməsi təşəbbüslərini alqışlayır.

Bazar günü Almaniya lideri Afrika səfərinə başlayır, bu müddət ərzində Nigeriya və Qanaya səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru