Ukrayna Rusiya qazının Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməyəcək

30-10-2023, 07:54           
Ukrayna Rusiya qazının Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməyəcək
Ukrayna Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməyəcək. Müqavilə 2024-cü ilin sonuna qədər qüvvədədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Aleksey Çernışev "Azadlıq" radiosunun yerli xidmətinə müsahibəsində deyib.

"Bir daha qeyd etmək istəyirəm ki, biz bu tranzitin davam etdirilməsinə təşəbbüs göstərməyəcəyik. Müqavilə başa çatacaq və tranzit dayanacaq", deyə o, 2024-cü ilin əvvəlindən sonra müqavilənin taleyi ilə bağlı sualı cavablandırıb.

Aleksey Çernışev qeyd edib ki, şirkət müqaviləni vaxtından əvvəl ləğv etməyə hər an hazırdır, lakin bu halda Avropa ölkələri Rusiya qazını itirəcək.

"Başqa səbəblər qətiyyən yoxdur, lakin biz bu gün tərəfdaşımız olan bəzi Avropa İttifaqı ölkələrini mavi yanacaq almaq və qışa hazırlaşmaq imkanından məhrum edə bilmərik. Xüsusən də dənizlərə çıxışı olmayan ölkələri", deyə Aleksey Çernışev müqaviləni vaxtından əvvəl ləğv etməkdən imtinanın "Qazprom"un məhkəmə çəkişmələri qorxusu ilə bağlı olmadığını qeyd edib.

"Qazprom" və "Naftoqaz” 2019-cu ildə 5 illik müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, Rusiya şirkəti Ukrayna ərazisindən tranzitlə 225 milyard kubmetr nəql etməlidir. Ukrayna tranzit xətti Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə çata biləcəyi marşrutdur. "Qazprom” bu gün səhər elan edib ki, Ukrayna vasitəsilə gündəlik 40,3 milyon kubmetr qaz tədarük edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru